Giresun adası
Giresun adası (türk. Giresun Adası) ― Qara dənizin cənub-şərq sahilində, Türkiyənin Giresun şəhərindən 1,2 km məsafədə yerləşən kiçik ada. Adanın sahəsi 4 hektardır. Giresun adası Türkiyənin Qara dəniz sahilindəki ən böyük adasıdır.
== Tarix ==
Adanın qədim adlarına Aretias (yun. Ἀρητιάς), Areos Nesos (yun. Ἄρεος νῆσος; Ares adası deməkdir), Xalserit (yun. Χαλκερίτις) və Puqanı nümunə göstərmək olar. Tarixi dövrlərdə ada, ehtimal ki, eramızdan əvvəl 6-cı və ya 5-ci əsrdə materik şəhəri Kerasousdan (indiki Giresun şəhəri) olan yunan kolonistləri tərəfindən istifadə edilmişdir.
Adada damı olmayan daş məbədin xarabalıqları, istehkam və qalalar və iki şərab və ya yağ presi var.